BP: “Şahdəniz-2” layihəsinə 22 mindən çox insan cəlb olunub

BP: “Şahdəniz-2” layihəsinə 22 mindən çox insan cəlb olunub

2016-cı ilin birinci rübündə Şahdəniz Mərhələ 2 uğurla irəliləməyə davam edib.

Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 70%-dən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.

Bu barədə Aktual.az “BP-Azerbaijan” şirkətinin açıqladığı “Biznes əməliyyatları” hesabatına istinadən xəbər verir.

“Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

İsrafil Hüseynov boru düzən gəmisi plana uyğun olaraq 32 düymlük sualtı ixrac kəmərinin 40 kilometrə yaxın hissəsini quraşdırıb.

2016-cı ilin birinci rübündə biz həmçinin ATA sahəsində iki Şahdəniz 2 platformasının üst modullarının istismara verilməsinə başladıq və artıq 50 yaşayış modulunun hamısı yaşayış və texniki emal platformasında quraşdırılıb.

“Xankəndi” sualtı tikinti gəmisinin gövdə seksiyaları ilə burun hissəsinin birləşdirilməsi işləri də tamamlanıb və May ayında gəminin Bakı Gəmiqayırma zavodunda yenidən suya endirilməsi planlaşdırılır.

Ümumi inşası bitdikdən sonra bu yeni gəmi Şahdəniz 2 sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək”, - deyə BP-dən qeyd edilib.

Şirkətdən həmçinin bildirilib ki, 2016-cı ilin birinci rübündə Azərbaycanda artıq 22 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR