Borca görə axtarışda olan 28 nəfər saxlanıldı

Borca görə axtarışda olan 28 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 103 cinayət faktı qeydə alınmış, onların da 9-u "isti izlər”lə açılıb.

Daxili işlər Nazirliyindən Aktual.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb. 
 
Aktual.az
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR