Bolqarıstan yığması Azərbaycana gələ bilər

Bolqarıstan yığması Azərbaycana gələ bilər
  • İDMAN

2017-ci ildə Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçiriləcək qadınlar arasında voleybol üzrə Avropa çempionatının ilk iştirakçısı artıq müəyyənləşib.

Aktual.az  apasport.az-a istinadən xəbər verir ki, ilk vəsiqəni Bolqarıstan millisi qazanıb.

E qrupunda İsveçrə, Rumıniya və Monteneqro ilə birlikdə mübarizə aparan balkanlılar sonuncu görüşdə "saatlar ölkəsi"ni məğlub edərək hədəfə çatıblar. 3:2 hesablı qələbəyə sevinən Bolqarıstan yığması bununla da xalını 14-ə çatdırıb və ən yaxın izləyicisi Rumıniyanı 5 xal qabaqlayıb.
 
Qrupun son görüşünün bu iki komanda arasında baş tutacağını nəzərə alsaq, yekunda nəticədən asılı olmayaraq cədvəlin dəyişməyəcəyini düşünmək olar.
 
Avropa çempionatının həlledici mərhələsinə 6 seçmə qrupun qalibləri və ikinci yerlər arasında keçiriləcək 3 pley-off matçında qələbə qazananlar yüksələcək.
 
Qeyd edək ki, qitə birincilyi oyunları Azərbaycanda Bakı və Quba, Gürcüstanda isə Tiflis şəhərində keçiriləcək.

Xəbər 658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR