BMT suriyalı qaçqınlar üçün vəsait ayıracaq

BMT suriyalı qaçqınlar üçün vəsait ayıracaq
  • DÜNYA

 BMT-nin "2019-2020-ci illər üçün Türkiyə, İraq, İordaniya, Livan və Misirdəki suriyalı qaçqınlara yardıma dair məhəlli planı" 5,5 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdə tutur.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Bildirilir ki, qeyd olunan ölkələrdə cəmi 5,6 milyon suriyalı qaçqın qeydiyyatdadır və onların arasında 1 milyonadək körpə var.
Adı çəkilən plan suriyalı qaçqınları qəbul edən və sayı 3,9 milyon nəfər olan yerli icmalara da yardım ayırmağı nəzərdə tutur.
 
Aktual.az
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR