BMT İranı etiraz aksiyaları zamanı saxlanılanları azad etməyə çağırıb

BMT İranı etiraz aksiyaları zamanı saxlanılanları azad etməyə çağırıb
  • DÜNYA

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini ölkədəki bütün məhbusların hüquqlarını, o cümlədən dinc toplaşmaq hüququnu tanıyaraq azad etməyə çağırıb.
O qeyd edib ki, İnsan Hüquqları üzrə Ali Komissarlıq (BMTİHAK) İran hakimiyyətinə mümkün qədər tez ölüm hökmünə moratorium tətbiq etməyi və beynəlxalq hüquqda "ağır” kimi təsnif edilməyən cinayətlərə görə edamın ləğvini tövsiyə edib.

"İranda həftəsonu iki uşağın ölümü də daxil olmaqla etiraz aksiyaları qurbanlarının sayının artması və təhlükəsizlik qüvvələrinin reaksiyasının sərtləşdirilməsi ölkədəki kritik vəziyyətin göstəricisidir”, - deyə BMT-nin Ali Komissarı bildirib.
BMTİHAK-ın məlumatına görə, İranda keçirilən etirazlar zamanı 300-dən çox adam, o cümlədən 40-dan çox uşaq öldürülüb, həmçinin azı altı nəfər edam cəzasına məhkum edilib.
Xatırladaq ki, sentyabrın ortalarında 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan genişmiqyaslı etiraz aksiyaları hələ də davam edir.

Xəbər 145 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR