Blinkenin Əliyevə zəngi: Bakının mövqeyi gücləndi

Blinkenin Əliyevə zəngi: Bakının mövqeyi gücləndi

Blinken Əliyevlə telefon danışığında "Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu və humanitar yüklərin Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini” vurğulayıb.
Aktual.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı bildirib.
O qeyd edib ki, Bakı erməni əhalisinin keçidi və BQXK-nın xəstələrin daşınması üçün Laçın postunu açıq saxlayır, beləliklə, Vaşinqtonun istədiyi tranziti təmin edir:
"Bakı yüklərin daşınması üçün alternativ marşrut olaraq Ağdam yolunu təklif edir. Blinkenin açıqlamasını ABŞ-ın Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi kimi qəbul edə bilərik. Avropa İttifaqından sonra (Mişelin mövqeyi fonunda Borrellin açıqlaması əsas deyil və daha çox balans yaratmaq məqsədi daşıyır) ABŞ-ın da mövqeyi rəsmi Bakının əlinin güclənməsi baxımından əhəmiyyətlidir. Bu həm də ümumilikdə Qərb cəbhəsinin mövqeyinə təsir edə biləcək amildir”.
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR