Biznesmen pulunu tələb edir — 150 min dollarını ala bilmir

Biznesmen pulunu tələb edir   — 150 min dollarını ala bilmir

Aktual.az lent.az-a istinadən xəbər verir ki, şikayətçi 9 il əvvəl verdiyi pulun geri qaytarılması üçün polisə müraciət edib
Bakı sakini biznes qurmaq məqsədi ilə tanışlarına verdiyi külli miqdarda pulun geri qaytarılmasını istəyir. Hüquq-mühafizə orqanlarına müraciət edən 1975-ci il təvəllüdlü Babayev Şəmsi Fikrət oğlu bildirib ki, 2007-ci ilin 15 yanvar tarixində Elgiz və Mehdi adlı tanışlarına Rusiya Federasiyasından taxta gətirmək üçün 150 min dollar verib. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyib.
 
Ş.Babayev pulunun geri qaytarılmasına köməklik göstərilməsini xahiş edib.
 
Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 735 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR