“Biz istəyirik ki, görüşək, danışaq…” – Cavad Zərif

“Biz istəyirik ki, görüşək, danışaq…” – Cavad Zərif
  • DÜNYA

"Əgər ABŞ danışıqlar istəyirsə, İrana qarşı iqtisadi terrorizmə son qoysun”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamaısnda deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar İran xalqı əleyhinə iqtisadi müharibə aparır: "ABŞ İrana qarşı iqtisadi müharibəni və terroru dayandırana qədər bu ölkə ilə əməkdaşlıq edə bilmərik”.
C.Zərif deyib ki, İran ABŞ rəsmilərinin yalnız görüş xətrinə hansısa iclası keçirməsini istəmir: "Biz istəyirik ki, görüşək və danışıq aparaq. Amma bir şərtlə ki, bu görüşlərin və danışıqların nəticəsi olsun”.

Aktual.az
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR