"Birinci vəzifə dini radikalizmə qarşı mübarizədir"


"Bu gün qarşımızda duran birinci vəzifə dini radikalizmə qarşı mübarizədir. Bu mübarizə bütün cəmiyyət və dövlət qurumları tərəfindən aparılmalıdır. Media da dini radikalizmə qarşı mübarizədə mühüm rol oynayır".

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M.Qurbanlı bildirib ki, digər dövlət qurumları da, QHT-lər də dini radikalizmə qarşı mübarizədə fəaliyyət göstərirlər:

"Dini radikalizmə qarşı mübarizə bir günün işi deyil. Bu davamlı və ardıcıl olmalıdır. Hüquq-mühafizə orqanları ilə birgə tədbirlər planı hazırlayırıq və bu plan çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir".

Komitə sədri vurğulayıb ki, dini radikalizmə qarşı mübarizə daha mühüm əhəmiyyət kəsb edr, çünki dini radikalizmin başqa dövlətlərdə törətdiyi fəsadları görürük:

"Bu gün dünyanın 40-a qədər ölkəsində münaqişələr mövcuddur. Statistikaya görə, son illərdə dünyada 60 minə qədər terror hadisələri törədilib ki, burada da 100 minlərlə insan həlak olub. Həmin terror hadisələrində din amilindən istifadə məsələsi gündəmdədir. Bunun qarşısını almaq üçün təbliğat və maarifləndirmə işi aparılmalıdır. Bu hadisələrin əksəriyyəti müsəlman ölkələrində baş verir və bu da bizi narahat edir".

Komitə sədri əlavə edib ki, digər mühüm məsələ dini xurafata qarşı mübarizədir:

"Dini xurafat da dini radikalizmlə eyni medalın bir üzüdür. Uzun illər bizim ölkəmizdə dinlər, konfessiyalararası açıq konflikt müşahidə olunmayıb. Azərbaycan multikulturalizm ölkəsidir və müxtəlif dinlərin və konfessiyaların nümayəndələri uzun illər boyu Azərbaycanda sülh şəraitində yaşayırlar. Biz bu ənənəni qoruyub saxlamalıyıq".

Komitə sədri bildirib ki, müxtəlif ölkələr bu sahədə Azərbaycanın təcrübəsini öyrənmək istədiklərini bildiriblər:

"Din radikalizmə və xurafata qarşı mübarizədə bütün ölkələrin birgə mübarizə aparması vacib məsələdir".
 
Aktual.az
Xəbər 215 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR