Bir neçə ölkədə koronavirus daşıyıcılarının sayı artdı

Bir neçə ölkədə koronavirus daşıyıcılarının sayı artdı

ABŞ, Panama, Rumıniya və yunan Kiprində koronavirusa yoluxanların sayı artıb.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus daşıyıcılarının sayı ABŞ-da 2 033, Panamada 36, Rumıniyada 95, Cənubi Kiprdə isə 21 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 816-ya çatıb. Bunların 72 550 nəfəri sağalıb, 5 438 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb. 
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR