Bir aylıq körpənin 7 dişi çəkildi - Fotolar

Bir aylıq körpənin 7 dişi çəkildi - Fotolar
  • DÜNYA

Hindistanın qərb vilayəti Qucaratda qəribə hadisə baş verib

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, burada 1 aylıq Prayan Şarma adlı körpənin 7 dişi çıxarılıb.
Uşağına anası Nikita Şarma bildirib ki, o, övladının ağzında dişin olmasını 10 gündən sonra bilib:
"Yeni doğulanda Prayana infeksiya düşmüşdü deyə, xəstəxanada müalicə olunurdu. Evə gətirdikdən sonra ona süd verməyə başladım. Hiss elədim ki, ağzında nəsə var. Baxanda 7 diş gördüm. Körpə uşağın bir dişlə doğulduğunu eşitmişdim, amma 7 dişlə heç vaxt”.
Körpənin valideynləri onu təcili diş həkiminə aparıblar. Həkim də 7 dişlə doğulan Prayanın dünyada ilk uşaq olduğunu söyləyib. Tibb işçisi vurğulayıb ki, Prayanın dişləri sağlam olsa da, amma çıxarılmalıdır. Çünki bu onun nəfəs almasına mane ola bilər.
Əməliyyat iki mərhələdə olub. Əvvəlcə 4, sonra isə 3 diş çəkilib. Hələlik uşağın vəziyyəti normaldır, amma bunun gələcəkdə onun sağlam dişlərə sahib olmasına təsir edib-etməyəcəyi bilinmir. 



Xəbər 827 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR