Binədə baş vermiş qəzada yaralananların HAZIRKI VƏZİYYƏTİ

Binədə baş vermiş qəzada yaralananların HAZIRKI VƏZİYYƏTİ

Bakıda 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində xəsarət alaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1983-cü il təvəllüdlü Aygün Babayevanın vəziyyəti həkimlərin səyi nəticəsində yaxşılaşmağa doğru gedir.

Aktual.az xəbər verir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. 
O bildirib ki, xəstənin müalicəsi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində davam etdirilir.
Nazirlik rəsmisi əlavə edib ki, 3 saylı Şəhər Klinik Xəstəxanasında isə 8 nəfər qalıb: "Onlardan biri reanimasiyadadır. Elmi Tədqiqat Travmatologiya İnstitutunda isə hazırda bir nəfər müalicə olunur. Onun səhhəti qaydasındadır".
Qeyd edək ki, oktyabrın 1-də 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır. 
 

Aktual.az

Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR