Bilet satışının dayandırılması ilə bağlı -Avtovağzaldan açıqlama

Bilet satışının dayandırılması ilə bağlı  -Avtovağzaldan açıqlama

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bilet satışının dayandırılması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, qurumun şöbə müdiri Mətləb Abidi bildirib ki, qiymətlərin artırılması və ya bilet satışının dayandırılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Biz özbaşına deyilik ki, bilet satışını dayandıraq, qiyməti artıraq. Bütün qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. Bilet satışının dayandırılmasından söhbət gedə bilməz. Bütün rayonlara bilet satışı 2007-ci il fevral ayında təsdiq olunmuş qiymətlərlə həyata keçirilir”.

M.Abidi bayramla əlaqədar 11 nəfərdən ibarət Nəzarət Komissiyasının yaradıldığını vurğulayıb.

“Bayram günlərində ehtiyac olarsa, bütün istiqamətlərdə əlavə avtobuslar ayrıla bilər. Qiymətlərin süni artırılmasına ciddi nəzarət olunacaq. Baş verə biləcək neqativ halların qarşısı alınacaq”

Şöbə müdirinin sözlərinə görə, gün ərzində 7000- 7500 sərnişin daşınırsa, hazırda bu rəqəmlər 16-17 min arası dəyişir.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR