Bəzi məktəblərdə şagirdlər niyə dərsliklərlə təmin olunmur? - SƏBƏB

Bəzi məktəblərdə şagirdlər niyə dərsliklərlə təmin olunmur?   - SƏBƏB

Dərsliklərin şagirdlərə çatdırılması prosesi barədə Təhsil Nazirliyi gündəlik olaraq yerlərdən məlumatlar alır.

Aktual.az APA-ya istinadən xəbər verir ki, mövcud məlumatlara əsasən, şagirdlərin dərsliklərlə təmin olunma səviyyəsi 70-100 faiz arasında dəyişir. Bəzi yerlərdə şagirdlərin dərsliklərlə təminatının tam başa çatmaması yay fəsli ilə əlaqədar bir sıra ailələrin istirahətdə olması səbəbindən məktəblərə müraciət edə bilməməsi ilə bağlıdır.
 
Təhsil Nazirliyi valideynlərə və şagirdlərə məktəblərdən dərslikləri əldə etmələri üçün KİV vasitəsilə çoxsaylı müraciət edib. Nazirlik bir daha şagirdləri və onların valideynlərini məktəblərə müraciət edərək, dərslikləri əldə etməyə çağırır.
 
Qeyd edək ki, Təhsil Nazirliyi bir müddət öncə mətbuata açıqlamasında sentyabrın 5-dək Azərbaycanda yeni tədris ili üçün bütün dərsliklərin şagirdlərə çatdırılmasını təmin ediləcəyini bildirib. 

Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR