Bəzi banklar nağd dollar satışında limiti ləğv etdi

Bəzi banklar nağd dollar satışında limiti ləğv etdi

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd dolları limitsiz satmağa başlayıb. 

Aktual.az  xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, söhbət “Bank Respublika” və “Azər-Türk Bank” ASC-lərdən gedir.

Bu banklardan bildirilib ki, müştərilər kassaya yaxınlaşmaqla istədikləri qədər nağd dollar ala bilərlər. “Atabank”dan da limitsiz dollar almaq mümkündür. Lakin bunun üçün ilk növbədə bankın “Qaynar xətti” ilə əlaqə saxlamaq və kassada dolların olduğu filiala getmək lazımdır.

Bəzi banklar isə dolların limitini artırıb. Məsələn, “Azərbaycan Sənaye Bankı”nda hazırda müştərilərə 500 dolları keçməmək şərti ilə nağd valyuta satılır.

Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR