“Beynəlxalq Sığorta” şirkəti bağlanır

“Beynəlxalq Sığorta” şirkəti bağlanır

“Beynəlxalq Sığorta” şirkətinin bağlanması ilə bağlı qərar rəsmiləşib. 

Aktual.az  Fins.Az-a istinadən xəbər verir ki, şirkətin portfeli “Qala Sığorta” şirkətinə ötürüləcək.

“Beynəlxalq Sığorta” şirkəti isə məsələyə münasibət bildirməkdən imtina edib. Şirkət, həmçinin yanvar-sentyabr ayları üçün nəzərdə tutulmuş ümumi portfelin həcmini də açıqlamayıb.

Bununla belə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı bu ilin 8 aylıq hesabatına əsasən, sığorta şirkətinin ümumi yığımları 56,9% azalaraq 3,786 milyon manat olub. Ödənişlərinin ümumi həcmi isə 21,9% azalaraq 2,290 milyon manat təşkil edib.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR