“Beynəlxalq Sığorta” şirkəti bağlandı – RƏSMİ QƏRAR

“Beynəlxalq Sığorta” şirkəti bağlandı   – RƏSMİ QƏRAR

Şirkətin səhmdarının növbədənkənar yığıncağı keçirilib.

“Beynəlxalq Sığorta” şirkətinin bağlanması ilə bağlı rəsmi qərar verilib.

Aktual.az  Fins.az-a istinadən xəbər verir ki, oktyabr ayının 12-də sığorta şirkətinin səhmdarının növbədənkənar yığıncağı keçirilib.

Sığorta şirkətinin səhmdarı olan “Beynəlxalq Bank”dan verilən məlumata görə, yığıncaqda sığorta şirkətinin fəaliyyətinə xitam verilməsi qərara alınıb. 

Qanunvericiliyin tələblərinə uyğun olaraq, 20 gün müddətində sığorta şirkətinə ləğvedici təyin ediləcək. “Beynəlxalq Sığorta” ilə bağlı öhdəlikləri ləğvedici yerinə yetirəcək.

Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR