Beynəlxalq Bankın mətbuat xidmətinə yeni rəhbər təyin olundu

Beynəlxalq Bankın mətbuat xidmətinə yeni rəhbər təyin olundu

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Aktual.az xəbər verir ki,Bu barədə Report-a ABB mətbuat xidmətinin yeni rəhbəri Yadigar Cəfərli məlumat verib.

Y.Cəfərli bu vəzifədə öz işinə başlayıb.

Tanınmış jurnalist Yadigar Cəfərli bundan əvvəl "Azər Türk Bank" və "Kapitalbank"da mətbuat xidmətində çalışıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib. R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.

 
 
Xəbər 689 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR