Beş rayon büdcəyə 55,3 milyon manat ödəməli olacaq

Beş rayon büdcəyə 55,3 milyon manat ödəməli olacaq

Rayonlara büdcədən ayrılan vəsaitlər 10 dəfədən çox azalıb.

Gələn ilin büdcəsində rayonlara ayrılan vəsait 2016-ci illə müqayisədə 10 dəfədən artıq azaldılıb. 

Aktual.az  Fins.az-a istinadən xəbər verir ki, bu isə o deməkdir ki, rayonlar öz büdcələrini özləri formalaşdırmalı, iş adamlarına maksimum şərait yaratmalıdırlar. 

2016-ci ildə rayonlara ümumilikdə 774 milyon manat ayrılıb. Gələn il isə bu rəqəm cəmi 76 milyon manat olacaq. Bəzi rayonlara, ümumiyyətlə, vəsait ayrılmayacaq.

Bu il büdcədən vəsait almayan regionların sayı 6 idi, gələn il isə 34 olacaq. Eyni zamanda onlardan 20 rayon özü büdcəyə müəyyən həcmdə vəsait ödəməlidir. 

Məsələn, gələn il büdcəyə Abşeron rayonu 22,9 milyon manat, Xaçmaz rayonu 7,3 milyon manat, İmişli 13,7 milyon manat, Qəbələ 6,4 milyon manat, Quba 5 milyon manat ödəməlidir.

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR