Bərdədə daş salnamə aşkarlanıb – FOTO

Bərdədə daş salnamə aşkarlanıb – FOTO

Bərdə rayonunda daş salnamə aşkar edilib. 

Aktual.az-ın Report-a istinadən verdiyi məlumata görə, yazılı abidə rayonun Soğanverdilər kəndindəki əkin sahəsində - subartezian quyusunun yaxınlığında tapılıb. 
2500 ilə yaxın yaşı olduğu güman edilən daş salnamənin hər iki üzündə müxtəlif işarələr və rəqəmlər əks olunub.
Maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədilə Bərdə Tarix və Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri İlyas Hacıyev bildirib ki, qədim daşın üzərindəki işarələrin oxunması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunub. 
Qeyd edək ki, daşın çəkisi təqribən 500 kiloqrama yaxındır.
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR