Bərdədə çökən körpü təmir edilərək yenidən istifadəyə verilib

Bərdədə çökən körpü təmir edilərək yenidən istifadəyə verilib

Bərdə rayonu ərazisindən keçən Tərtər çayı üzərindəki körpüdə təmir işləri yekunlaşıb.

Aktual.az  report.az-a istinadən bildirir ki, ağır tonnajlı yük avtomobillərinin intensiv hərəkəti nəticəsində çökən körpü 43 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən bir neçə gün ərzində təmir edilib.

Körpü dayaqlarında bərkitmə işləri aparılaraq yenidən sürücülərin istifadəsinə verilib.
Bir neçə gün öncə uzun illərdir istifadə olunan körpünün dayaqlarında çökmə nəticəsində iri çatlar əmələ gəlmişdi. Bu səbəbdən yük avtomobillərinin burada hərəkəti qismən məhdudlaşdırılmışdı.
Körpünün eni 10,50 sm, uzunluğu isə 100 metrdir.
 

Aktual.az  

Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR