Bərdə və Bakının bu ərazilərində qaz olmayacaq

Bərdə və Bakının bu ərazilərində qaz olmayacaq

Bərdənin və paytaxtın Binəqədi rayonunun bir hissəsinin qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan Aktual.az-a verilən məlumata görə, "Bərdə" ölçü qovşağından qidalanan Divanlı kənd məktəbinin qaz xətlərinin şəbəkəyə qoşulması, həmçinin, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində "COP-29" Proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 02.04.2024-ci il tarixdə saat 10:00-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qeyd edilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, eləcə də, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbər 114 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR