Belçikalı futbolçu rəsmən “Mançester Yunayted”də

Belçikalı futbolçu rəsmən “Mançester Yunayted”də

"Mançester Yunayted” "Everton”dan transfer etdiyi Belçika yığmasının hücumçusu Romeli Lukakunun transferini keçidini rəsmən açıqlayıb.

Aktual.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə "qırmızı şeytanlar”ın saytı xəbər yayıb.

Tərəflər 5+1 şərti ilə müqavilə imzalayıblar.

İngiltərə mətbuatının yazdığına görə, "MY” vaxtilə Joze Mourinyonun rəhbərliyi altında "Çelsi”də oynamış futbolçuya görə "Everton”a 75 milyon funt-sterlinq təzminat ödəyib.

Lukakunun yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcəyi bildirilir. Hansı ki, bu rəqəmi ötən mövsüm bu komandada oynayan Zlatan İbrahimoviç seçmişdi.

Qeyd edək ki, 24 yaşlı forvard Belçika millisində 59 qarşılaşmada 23 qola imza atıb. O, geridə qalan mövsümdə Premyer Liqada 37 oyun keçirib, 25 qol vurub.
 
Aktual.az
Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR