BƏƏ Trampın Qüdslə bağlı qərarını "terrorçulara hədiyyə" adlandırdı

BƏƏ Trampın Qüdslə bağlı qərarını
  • DÜNYA

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı terrorçulara hədiyyədir.

Aktual.az "Report”a istinadla xəbər verir ki, bunu BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş deyib.
"Trampın Qüdslə bağlı qəbul etdiyi bu kimi qərarlara terrorçulara hədiyyə kimi baxmaq olar", — deyə "Al Arabiya" telekanalı onun sözlərini sitat gətirib.
Nazir əlavə edib ki, ekstremistlər bu əməldən "öz nifrət səslərini ucaltmaq və terror aksiyalarını gücləndirmək" üçün istifadə edə bilərlər.
 
Aktual.az 
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR