BBAK yay aylarında avtobusla səfər edən sərnişinlərin sayını açıqlayıb

BBAK yay aylarında avtobusla səfər edən sərnişinlərin sayını açıqlayıb

Yay mövsümü ilə əlaqədar olaraq iyun-avqust ayları ərzində həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlərdə daşınan sərnişin sayı 1 014 748 nəfər olub. 
Bu barədə Aktual.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) məlumat verilib.
Məlumatda deyilir ki, bu sərnişinlər ümumilikdə 38 089 reyslə daşınıb. Bunlardan 92 916 sərnişin beynəlxalq reyslərlə səfər edib. Beynəlxalq istiqamətlərdə İstanbul, Marneuli, Tbilisi və Batumi, şəhərlərarası istiqamətlərdə isə Gəncə, Qırmızı Körpü, Quba, Mingəçevir, Qusar, Şəki şəhərlərinə səfər edənlər üstünlük təşkil edib.
Məlumat üçün qeyd edək ki, mövsümlə əlaqədar olaraq Batumi istiqamətində sonuncu reys sentyabrın 4-də yola düşəcək.
Xatırladaq ki, biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün öncəyədək əldə etmək mümkündür. Onlayn qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.
BBAK yalnız ərazisində fəaliyyət göstərən avtobuslara nəzarət edir, qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə cavabdehlik daşımır.
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR