"Bayram günlərində sərnişin sayı iki dəfədən çox artıb"


Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən daşınan sərnişinlərin sayı iki dəfədən çox artıb.


Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Kompleksin rəsmisi Məhəmməd Abdullayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi martın 15-dən 28-nə qədər gücləndirilmiş iş rejimində işləyib:

"Bayram günlərində gün ərzində avtovağzaldan 17-18 min nəfər sərnişin daşınıb. Bayram öncəsi əlavə olaraq 250-dək nəqliyyat vasitəsi sərnişin daşımağa cəlb edilmişdi. Bu isə avtovağzalda sərnişin sıxlığının qarşısını almağa, sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatdırılmasını təmin etməyə imkan verib".

M.Abdullayev bildirib ki, adi günlərdə avtovağzaldan gün ərzində 6-7, bəzi hallarda 8 min sərnişin daşındığı halda, bayram günlərində bu rəqəm 18 min nəfərə çatıb.

Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR