"Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş


Bakıda 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilir.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, Dövlət Bayrağı Meydanından başlayan yürüş Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət edəcək. 16.5 km-lik yürüş elə başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatacaq.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Aparatının rəhbəri Elmir Bağırov jurnalistlərə deyib ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasıdır.

Yürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar idmançıları və həvəskar idmançılar iştirak edirlər. İştirakçıların sayı 200 nəfərdir.

Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR