Bayıl yamacındakı sürüşmə ilə bağlı qabaqlayıcı tədbirlər görüləcək

Bayıl yamacındakı sürüşmə ilə bağlı qabaqlayıcı tədbirlər görüləcək

Bakının Bayıl yamacında, Buxta küçəsindəki sürüşmə zonasında yaşayış təhlükəlidir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə deyib.
Onun sözlərinə görə, küçənin ön hissəsindəki evlər sökülüb və gərginlik var: "Ön hissədə uçqun baş verən evlər sökülmüşdü. Yaz ayında təxminən 43 ev qəzalı vəziyyətdə oldu. Bu gün sürüşmə nəticəsində doqquz nömrəli ev təmiz uçub. Həmin evin yanındakı iki evdə də deformasiyalar müşahidə olunur".

Nazirlik tərəfindən Buxta küçəsinin riskli ərazi kimi konturlaşdırıldığını deyən Əziz Qaralov qeyd edib ki, növbəti evlər təhlükədədirlər: "Yerli qurumlar tərəfindən qabaqlayıcı işlər görüləcək".
 
Aktual.az
Xəbər 213 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR