BAXCP-də MDB Müşahidə Missiyasının təmsilçisi ilə görüş keçirilib

BAXCP-də MDB Müşahidə Missiyasının təmsilçisi ilə görüş keçirilib

Yanvarın 30-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi mənzil-qərargahında prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki qərargahının üzvləri, partiyanın səlahiyyətli nümayəndələri – BAXCP-nin baş katibi Yaşar Kələntərli, BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Elçin Mirzəbəyli, BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkili və müavini Əli Həziquliyev, BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini Niyaməddin Orduxanlı MDB Müşahidə Missiyasının fəaliyyətinin təmin edilməsi şöbəsinin müdiri (missiyanın qərargah rəisi) Yevgeni Kozyakla görüşüblər. 
Yevgeni Kozyak missiyanın fəaliyyəti haqqında prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki qərargahının üzvlərinə məlumat verib, görüləcək işlər haqqında danışıb. BAXCP funksionerləri isə öz növbələrində seçki qanunvericiliyi, partiyanın müşahidəçiləri və seçki kompaniyasının gedişatı barədə MDB Müşahidə Missiyasının təmsilçisinin suallarını cavablandırıblar.
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR