BAXCP daha bir Alyansın tamhüquqlu üzvü oldu - FOTOLAR

BAXCP daha bir Alyansın tamhüquqlu üzvü oldu   - FOTOLAR

Bu gün Tunisdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of European and Reformists – AECR) Şurasının illik konfransı işinə başlayıb.

Aktual.az-ın Publika.az-a istinadən verdiyi məlumatına görə, konfransı giriş sözü ilə açan Alyansın prezidenti Jan Zahradil konfranslararası dövrdə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. AECR prezidentinin çıxışı zamanı tərəfdaş və üzv partiyalarla birgə həyata keçirilən layihələr barədə qısa filmlər nümayiş etdirilib. Jan Zahradilin çıxışından sonra Alyansın icraçı direktoru Riçard Milsom üzv partiyalara maliyyə hesabatını təqdim edib və növbəti il ərzində həyata keçiriləcək layihələr barədə məlumat verib.

Çıxışlardan sonra yeni üzvlərin qəbulu barədə məsələnin müzakirəsinə başlanılıb. Alyansın üzvlüyünə namizəd olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, İtaliya Mühafizəkarlar və İslahatçılar Partiyası, Finlandiya Finlər Partiyası və Slovakiya Azadlıq və Həmrəylik Partiyasının rəhbərləri təqdimat nitqi ilə çıxış ediblər. BAXCP sədri Qüdrət Həsənquliyev öz çıxışında partiyanın fəaliyyətindən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin tənzimlənməsindən, Azərbaycanda keçirilən son parlament seçkilərindən və BAXCP-nin prioritetlərindən danışıb. BAXCP sədrinin çıxışı zamanı partiyanın fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

Çıxışlardan sonra Alyansa yeni üzv olan partiyaların sədrləri Reykyavik bəyannaməsini imzalayıblar.

BAXCP sədri ilə Reykyavik bəyannaməsini AECR-in prezidenti Jan Zahradil imzalayıb.

 
 
 Aktual.az
Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR