BAXCP Azərbaycan xalqını təbrik edib

BAXCP Azərbaycan xalqını təbrik edib

Şübhə etmirik ki, Azərbaycan dövləti öz hədəflərinə doğru addım-addım irəliləyərək, bütün ərazilərimiz üzərində suveren hüquqlarımızı bərpa edəcək

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, həmçinin Laçın rayonunun Zabux və Sus məntəqələrinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Partiyanın bu əlamətdar hadisə ilə bağlı açıqlamasında deyilir:

"Əziz həmvətənlər,

Sizi Azərbaycan Ordusunun Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürməsi münasibətilə təbrik edirik. Artıq Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır!

Bu tarixi gündə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi böyük ehtiramla və qürur hissi ilə anırıq.

Şübhə etmirik ki, Azərbaycan dövləti öz hədəflərinə doğru addım-addım irəliləyərək, bütün ərazilərimiz üzərində suveren hüquqlarımızı tam bərpa edəcək”.
Xəbər 722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR