Batumidə hoteldə güclü yanğın: Ölənlər var - VİDEO

Batumidə hoteldə güclü yanğın: Ölənlər var - VİDEO
  • DÜNYA

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Batumidə "Leogrand” hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı barədə yeni məlumat yayıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, yanğında 11 nəfər ölüb və hazırda onların identifikasiyası həyata keçirilir.
Daxili işlər naziri Giorgi Qaxariya ölənlərin sayının artacağını istisna etməyib. O, ölənlər arasında xarici vətəndaşların da olduğunu deyib.
Baş vermiş faciə ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze başsağlığı veriblər.
Yanğın baş vermiş "Leogrand” hotelinin türkiyəli iş adamı Erol Avgörenə məxsus olduğu bildirilir

Batumidə "Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.

Aktual.az-ın APA-ya istinadən məlumatına əsasən, bu barədə şəhərin təcili tibbi yardım xidmətindən bildirilib. 
Hotelin elektrik enerjisi ilə təchizatı dayandırılıb. İnsanların təxliyəsi davam etdirilir. Hoteldə "Miss Gürcüstan 2017” müsabiqəsinin iştirakçıları da olub. Onlar xəsarət almayıblar.
Yanğının hotelin mətbəxlərindən birində baş verdiyi bildirilir. 
 
Aktual.az

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR