Basketbol üzrə Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşacaq

Basketbol üzrə Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşacaq

On altı (16) yaşadək kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Andorrada keçirilən Avropa çempionatının C divizionunda yarımfinala vəsiqə qazanıb.

Aktual.az  Report-a istinadən xəbər verir ki, Elşən Yusubovun baş məşqçisi olduğu kollektiv yer aldığı B qrupunun ikincisi kimi növbəti mərhələyə adlayıb.

Son görüşdə meydan sahiblərinə uduzan (66:67) yığma əvvəlki matçlarda Monako (74:63), Albaniya (78:66) və San-Marinoya (90:62) qalib gəlməklə buna nail olub.

Azərbaycan millisi yarımfinalda A qrupunun qalibi Ermənistan yığması ilə qarşılaşacaq. İyulun 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
 

Aktual.az

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR