Baş nazirin müavini: "Ermənistanın işğalçılıq siyasəti dünya üçün təhlükədir"

Baş nazirin müavini:

"Ermənistanın işğalçılıq siyasəti dünya üçün təhlükədir. BMT-nin statistik göstəricilərinə görə 1 ildə 400 milyard dollarlıq narkotik maddə satılıb. Tiryək istehsalı artıb. 2016-cı ildə 22 adda sintetik tərkibli yeni narkotik maddələr istehsal edilib".

Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransında (IDEC) çıxışı zamanı deyib.
O bildirib ki, Dövlət Gömrük Komitəsi tərəfindən son 1 il 3 ayda 1 ton 714 kq narkotika vasitənin keçirilməsinin qarşısı alınıb: "Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutub. Ölkəmiz bu gün mötəbər idman yarışlarına ev sahibliyi edir. Hazırda problem qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsidir. Bunun da qarşısı alınır. Bunun üçün qabaqlayıcı tədbirlər həyata keçirilir. Ötən il Bakıda yeni Narkoloji Mərkəz istifadəyə verilib. Bu mərkəz müasir standartlara cavab verir".
Baş nazirin müavini bildirib ki, son 15 ildə Azərbaycanda turizm inkişaf edib: "Konfrans keçirilən zaman cəmiyyətdə bu hadisələrin azaldılması ilə əlaqədar maarifləndirici tədbirlər keçiriləcək. Prezidentin son 15 ildə apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda turizm inkişaf edib, iqtisadiyyat güclənib".
Xəbər 218 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR