“Azərbaycanda 1,9 mln.-dan çox yeni iş yeri açılıb” – Artur Rasizadə

“Azərbaycanda 1,9 mln.-dan çox yeni iş yeri açılıb” – Artur Rasizadə

Son 14 il ərzində Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb. Bu müddətdə 1,900 mln. çox yeni iş yeri açılıb. Yoxsullluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 mlrd. dollar təşkil edib.

"Report”un verdiyi xəbərə görə, bu barədə Baş nazir Artur Rasi-zadə Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən məlumat verib.
O həmçinin bildirib ki, Azərbaycanda neft-qaz sənayesinin aparıcı rolu davam etməklə ölkənin nüfüzunun artmasına öz töhvəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək.
"Əhalinin təbii qazla təmin edilməsi kimi sosial probelmin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşmasının səviyyəsinin 51%-dən 93%-ə yüksəldilməsini təmin edib. Elektrik enerjisi ilə təminatı iqtisadi siyasətin ən prioritet istiqamətlərdən biri olub”, – hökumət başçısı qeyd edib.



Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR