Baş məşqçidən Rəşad Sadıqovla bağlı AÇIQLAMA

Baş məşqçidən Rəşad Sadıqovla bağlı   AÇIQLAMA
  • İDMAN

Bolqarıstanla oyundan sonra Rəşad Sadıqovla bu barədə üç dəfə danışmışam. İstərdim ki, o, yığmada qalsın və karyerasını davam etdirsin.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, bu fikirləri Moldova ilə yoxlama görüşü öncəsi Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki jurnalistlərə müsahibəsində deyib. Xorvatiyalı baş məşqçinin qənaətinə görə, R.Sadiqov lazımlı oyunçudur və milli hələ də onun köməyindən yararlana bilər. Amma yenə son qərarı Rəşadın özü verməlidir.

R.Prosineçki əsas komanda üçün baza hesab olunan 19 və 21 yaşlı oyunçular arasında gələcəkdə millidə yer ala biləcək futbolçular məsələsinə də toxunub: “Hər iki komandanın son nəticələri heç kəsi razı sala bilməz. İndiki vəziyyətdə milli komandada oynaya biləcək o qədər də potensial futbolçu görmürəm. Amma müəyyən oyunçular var ki, onlar U-21-in heyətində çıxış edirlər, həm də əsas yığmanın üzvləridir”, - deyə Xorvatiyalı mütəxəssis bildirib.

Xəbər 670 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR