Gürcüstan və İspaniya hüquq mühafizə orqanlarının əməkdaşları Barselonada 66 Gürcüstan vətəndaşını saxlayıblar.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın Daxili İşlər Nazirliyiməlumat yayıb.
Qeyd olunub ki, "Merlin-Taka" adı altında keçirilən genişmiqyaslı əməliyyatda 250 hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Nəticədə 100 nəfərə yaxın şəxs saxlanılıb.
Əməliyyat əsasən Barcelonada kriminal qruplaşmaların yerləşdiyi məktəbdə aparılıb. Saxlanılan şəxslərin 66-sı Gürcüstan vətəndaşlarıdır. Onlardan 25-i oğurluqda, 41 nəfəri isə miqrasiya ilə bağlı qanunları pozmaqda şübhəli bilinərək saxlanılıb.
Xəbər 242 dəfə oxunub.