Banklara növbəti xəbərdarlıq məktubu göndərildi

Banklara növbəti xəbərdarlıq məktubu göndərildi

"Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu yaxınlarda kommersiya banklarına xəbərdarlıq məktubu göndərib".

Aktual.az APA-ya istinadən  xəbər verir ki, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

"Biz bəyan etmişik ki, hər hansı bank indiki həssas zamanda valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı qanunvericiliyin tələbini pozarsa, tənzimləyici olaraq ən ciddi tədbirləri görəcəyik", - deyə R. Aslanlı bildirib.

R. Aslanlı vətəndaşlardan üzləşdiyi qanunsuzluqlarla, pozuntularla bağlı Palataya müraciət etmələrini xahiş edib.
 
Aktual.az
Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR