Banklara kart fırıldağı haqda xəbərdarlıq edildi

Banklara kart fırıldağı haqda xəbərdarlıq edildi

“MasterCard Worldwide” beynəlxalq kart təşkilatı komersiya banklarına kart əməliyyatlarında fırıldaqçılıqla bağlı məlumat verib.

Aktual.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Mərkəzi Bankdan məlumat veriblər.

Bankdan deyiblər ki, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı kommersiya banklarının nümayəndələrinə ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlara qeyri-qanuni müdaxilə və onların səlahiyyətsiz idarə olunması, ekvayrinq xidməti üzrə təsərrüfat subyektlərinin qeydiyyatı və monitorinqi, elektron ticarət vasitəsilə aparılan kart əməliyyatlarında fırıldaqçılıq halları ilə bağlı məlumatlandırıb.

Beynəlxalq ekspertlər ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərin nəticələrini də açıqlayıb. 

Aktual.az

Xəbər 614 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR