Azərbaycan və Ermənistanın göstərdiyi səyləri və son vaxtlar əldə etdikləri irəliləyişi məmnuniyyətlə qarşılayırıq.
Aktual.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komissiyasında keçirilən büdcə müzakirələri zamanı deyib.
Bölgədə terrorla mübarizə, bu istiqamətdə həyata keçirilən işlər və əldə edilən nailiyyətlər barədə danışan nazir Azərbaycan-Ermənistan nizamlanması məsələsinə də toxunub:
"Bir daha vurğulamaq istəyirəm ki, Qafqazda sabitlik Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişi vasitəsilə əldə olunacaq. Bu istiqamətdə iki ölkənin göstərdiyi səyləri və son vaxtlar əldə etdikləri irəliləyişləri məmnuniyyətlə qarşılayırıq. Bundan sonra da "Bir millət, iki dövlət" anlayışı ilə daim can Azərbaycanın yanında olacağıq".
Xəbər 255 dəfə oxunub.