İsrail ordusu Livan ərazisindən 60 gün müddətinə çıxacaq.
Aktual.az xəbər verir ki, bu barədə İsraillə Livan (Hizbullah) arasında əldə olunan razılaşmada bildirilib.
Məlumata görə, İsrail öz ordusunu Livanın cənubundan çıxaracaq, Livan ordusu isə Litani çayının cənubunda, İsraillə sərhəddəki 33 posta təxminən 5000 əsgər yerləşdirəcək.
Razılaşmaya əsasən Hizbullah Cənubi Livanı tərk edəcək, onun hərbi infrastrukturu isə dağıdılacaq.
Atəşkəsin pozulacağı təqdirdə İsrailin buna cavab vermək hüququ da tanınıb.
Qeyd edək ki, İsraillə Livan (Hizbullah) arasında atəşkəs razılaşması bu gün 04:00-da (yerli vaxtla) qüvvəyə minib.
Xəbər 159 dəfə oxunub.