Banklar pul köçürmələrini müvəqqəti dayandırıb

Banklar pul köçürmələrini müvəqqəti dayandırıb

Azərbaycan bankları dekabrın 21-də milli valyutanın devalvasiyası ilə əlaqədar pul köçürmələrini dayandırıb.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu banklarda aparılmış monitorinq göstərib.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişərək 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib.Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub.

Pul köçürmələrini bu günün ikinci yarısında bərpa etmək planlaşdırlır.

Bu, xarici valyuta ilə bağlı digər bank əməliyyatlarına, eləcə də valyuta mübadiləsinə təsir edib.

Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR