Bankdan oğurluq edən polis əməkdaşına HÖKM OXUNDU

Bankdan oğurluq edən polis əməkdaşına HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan sabiq polis əməkdaşı Arif Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Əhmədov son söz deyib.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Əhmədov "Bank Standart"da mühafizəçi işləyib. O, bankdakı "Milliön"" aparatından gizli yolla 261 min manat oğurluq edib. Sonradan həmin pulun bir hissəsini qumarda uduzub.
 
Aktual.az

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR