Bank sektorunda ixtisarlar davam edir

Bank sektorunda ixtisarlar davam edir

2017-ci ilin yanvarın ayının 1-nə Azərbaycanın bank sektorunda işçilərinin sayı 16 min 947 nəfərdir. 

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, dekabrda bank sektorunda çalışanların 61 nəfəri işdən çıxıb. Belə ki, 11 aylıq statistikaya əsasən, bank sektorunda çalışanların sayı 17 min 8 nəfər olub.

Sentyabrda bank sektorunda çalışan işçilərin sayı 17 min 490 nəfər idisə, oktyabrda bu göstərici 17 min 30 nəfər təşkil edib.

Qeyd edək ki, hazırda ölkədə 32 bank fəaliyyət göstərir.
 
Aktual.az
Xəbər 659 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR