Bağlanan 10 bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği

Bağlanan 10 bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği

Təkcə "Bank Standard” QSC-nin qorunan əmanətçiləri 341 milyon manatdan artıq kompensasiya alıb.

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Aktual.az-a  verilən məlumata görə, "Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 936 min manat, "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 25 min manat, "Kredobank” ASC-nin qorunan əmanətçilərinə 23 milyon 82 min manat və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 858 min manatdan artıq kompensasiya ödənilib. 

4 bank üzrə ümumilikdə 109 milyon 901 min manatdan artıq kompensasiya verilib.

"Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 110 min manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 876 min manatdan artıq kompensasiya ödənişi edilib.

2 bank üzrə ümumilikdə 15 milyon 986 min manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 98 min manat, "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 978 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

3 bank üzrə ümumilikdə 145 milyon 45 min manatdan artıq kompensasiya ödənilib. "Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 341 milyon 712 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 612 milyon 644 min manatdan artıq kompensasiya ödənilib.
 
Aktual.az
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR