“BakuBus” avtobuslarını daşa basanlara cinayət işi açıldı

“BakuBus” avtobuslarını daşa basanlara cinayət işi açıldı

Bakıda “BakuBus”a məxsus sərnişin avtobuslarının daşa basılması faktı ilə əlaqədar cinayət işi açılıb.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

N. Allahyarova bildirib ki, yanvarın 23-də "BakuBus"a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb. Fakta görə Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb. Lakin hələlik saxlanılan yoxdur.

N. Allahyarova qeyd edib ki, avtobusun daşa basılması nəticəsində xəsarət alan şəxs müalicəsini ev şəraitində davam etdirir.

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR