“Baku Bus”un avtobusu qəzaya düşdü

“Baku Bus”un avtobusu qəzaya düşdü

Avtobusun sərnişinləri yollarına piyada davam etməli olub

Bu gün Bakının Nəsimi rayonunda sərnişin avtobusu qəzaya düşüb.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, metronun 28 May stansiyasının yaxınlığında, Azadlıq prospektində “Baku Bus”a məxsus “İveco” markalı (5 saylı marşrut) avtobus ilə “Lexus” markalı minik avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə müəyyən qədər zərər dəyib.

Qəzaya düşən nəqliyyat vasitələrinin sürücüləri sığorta şirkətinin nümayəndəsinin gəlməsini gözlədiyindən ərazidə müəyyən sıxlıq yaranıb. Avtobusun sərnişinləri yollarına piyada davam etməli olub. 

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR