Bakının mərkəzi küçələrində motosikletlər üçün yaşıl işıq — Video

Bakının mərkəzi küçələrində motosikletlər üçün yaşıl işıq   — Video

Bakının mərkəzi küçələrində motosikletlərin hərəkətinə qoyulan qadağa götürülüb.

Aktual.az APA TV-yə istinadən xəbər verir ki, ötən gün yol polisi tərəfindən quraşdırılan "Motosikletin hərəkəti qadağandır" yol nişanının sökülməsinə başlayıb.

Xüsusən Neftçilər prospektində çoxluq təşkil edən bu nişanlar söküldükdən sonra motosikletlərlə bağlı qadağa aradan götürülüb. Qərara ən çox sevinən də elə baykerlər olub.

Bayker Samir Quliyevin sözlərinə görə, bir neçə dəfə yığışıb aksiya keçirmək istəyiblər:

"Çünki kuryer işləyənlərin çoxu çörəyindən oldu. Kimsə motosikletlə qaydanı pozursa, yol polisi ona müdaxilə etsin. Qayda pozan üçün fərqi yoxdur motosiklet və ya maşın".

Oruc Cumayev isə yol polislərinin hədsiz müdaxiləsindən şikayətlənir. Onun sözlərinə görə, şəhərin mərkəzində motosikletə olan qadağanın götürülməsinə çox seviniblər:

"Xüsusilə aeroport yolunda polislər bizə sərt müdaxilə edir. Heç bir səbəb göstərmədən motosikletimizi cərimə meydançasına aparırlar. Gündüz sürmək olmur, tıxac olur. Gecə də bu cür".

Amma baykerlərdən Həsən İmanov sevinməyə tələsmir. Onun sözlərinə görə, motosikletlə bağlı qadağalar yenidən ola bilər:

"Bu qərar kökündən yanlış idi. 60 manat 3 bal, nəyə görə? Sakit sürüb, çörək pulumu qazanıram. Motosiklet sürənlərin çoxu kuryerlərdir. Şəhərin mərkəzində olan qadağa yığışdırıldı, çox gözəl. Gözləyək, bəlkə başqa küçələrə də bu qadağanı tətbiq etdilər".

Məlumat üçün qeyd edək ki, motosikletlərin hərəkətinin məhdudlaşdırılması qərarı bu nəqliyyat vasitələrinin motorlarının çıxardığı güclü səsə görə verilmişdi.

Azərbaycanda ümumi istifadədə olan yollarda motosikletlərin hərəkətinin məhdudlaşdırılması qanunla nəzərdə tutulmayıb. Lakin yaxın gələcəkdə bunun qanuniləşdirilməsi mümkündür.

Aktual.az

Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR