Bakının bu ərazilərində yeni avtobuslar fəaliyyətə başladı

Bakının bu ərazilərində yeni avtobuslar fəaliyyətə başladı

Bu gündən IV Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Şüvəlan qəsəbəsində yeləşən "Azal Arena”da keçirilən futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin və digər şəxslərin rahat daşınmasını təmin etmək üçün xüsusi ekspress xətt fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentliyindən Aktual.az-a verilən məlumata görə, bu xətt üzrə avtobuslar metronun Koroğlu stansiyasının qarşısından "Azal Arena”ya, eləcə də əks istiqamətdə hərəkət edir.
"Bu məqsədlə, 15 nəqliyyat vasitəsi ayrılıb. Həmçinin, mayın 11-də keçirilən idman yarışları ilə əlaqədar Bakı kristal zalı, "Bayıl Arena” və Sərhədçi Olimpiya İdman Kompleksi istiqamətindən hərəkət edən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artılıb"-deyə, məlumatda bildirilib.
 
Aktual.az
Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR