Bakıətrafı ərazilərdə yeni yaşıllıq sahələri salınır

Bakıətrafı ərazilərdə yeni yaşıllıq sahələri salınır

Bakıətrafı açıq ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC ilə birlikdə yaşıllıq sahələri salır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, nazirliyin Meşələrin İnkişafı Departamentinin direktor Söhrab Abbasov deyib.
O bildirib ki, Zığ şosesi, Bakı-Quba, həmçinin Bakıdan cənub istiqamətində yaşıllıq zolaqları yaradılıb:

"Paytaxtın özünə müdaxilə edə bilmirik, lakin ətraf ərazilərdə Bakının ağciyər rolunu oynayan yaşıllıq salmağa çalışırıq. Meşə yanğınları zamanı hələlik xəbərdaredici vasitələrdən istifadə edə bilmirik. Yaxın gələcəkdə müasir müşahidə kameralarının quraşdırılması nəzərdə tutulur".
 
Aktual.az
Xəbər 750 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR